image-aysun-1backend

Aysun anasının həbs xəbərini belə alıb – İlk dəfə açıqladı

Müğənni Aysun İsmayılova ilk dəfə anası, əməkdar artist Rəqsanə İsmayılova ilə bağlı həbs xəbərini necə aldığını açıqlayıb.

Referans Media xəbər verir ki, sənətçi həmin gün yaşadığı psixoloji vəziyyəti detalları ilə bölüşüb.

Aysun bildirib ki, xəbəri toy məclisinin ortasında alıb:

“O xəbəri toyun ortasında aldım. Gürcüstana çatmışdıq. Otelə çata-çat öyrəndim. Geri qayıtmaq istəyirdim, amma qayıda bilmirdim. Hazırlaşıb məclisə gedəcəkdik. Elə vəziyyətdə idim ki, hazırlana bilmirdim. Telefonlar dayanmırdı”.

Müğənninin sözlərinə görə, həmin an yalnız vəkillərlə əlaqə saxlayıb:

“Ancaq vəkilimlə əlaqədə idim. Dedi ki, Bakıda deyiləm, digər vəkilə yığıram. Əlim-qolum bağlı idi, heç nədən xəbərim yox idi”.

Aysun qeyd edib ki, Vəfa adlı köməkçisi ona güclü olmağı tövsiyə edib:

“Vəfa dedi ki, bu gün güclü olmalısan. Bu, toy yiyəsinə hörmətsizlik olar”.

Sənətçi həmin gecə səhnəyə çıxsa da, yaşadığı sarsıntının təsirindən özündə olmadığını deyib:

“Bir üzüm ağlaya-ağlaya, bir üzüm gülərək məclisi idarə etdim. Fonoqramı belə qulaqlarım eşitmirdi, sanki tutulmuşdu. Beynimdə səs var idi. O qədər ağlamışdım ki, gözlərimin içi yanırdı. Sanki 40 dərəcə qızdırmam var idi, halsız idim. Mahnının sözlərini unudurdum, tonallığa düşə bilmirdim. Özümü eşitmirdim. Çox şükür ki, o günləri atlatdıq”.

Onun bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin ağır psixoloji durumda belə səhnəyə çıxmasını təqdir ediblər.(Milli.Az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki