Azad Mustafayev işdən çıxarıldı

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

Onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.//APA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki