Marketlər bizi belə aldadırmış – 89 illik sirr açıldı

Bu gün marketlərdə gündəlik istifadə etdiyimiz alış-veriş arabalarının yaranmasının arxasında maraqlı bir marketinq strategiyası dayanır.

Referans Media  xəbər verir ki, ilk market arabası 1937-ci ildə ABŞ-nin Oklahoma ştatında market sahibi Silvan Qoldman (Sylvan Goldman) tərəfindən hazırlanıb.

Qoldman müştəriləri müşahidə edərkən onların əllərindəki səbətlər ağırlaşdıqca alış-verişi dayandıraraq kassaya yönəldiklərini görüb. Bu problemin satışlara mənfi təsir etdiyini anlayan iş adamı qatlanan stula iki metal səbət və dörd kiçik təkər əlavə edərək ilk alış-veriş arabasını yaradıb.

Lakin yenilik əvvəlcə müştərilər tərəfindən maraqla qarşılanmayıb. Kişilər araba sürməyi özlərinə yaraşdırmayıb, qadınlar isə onu uşaq arabasına bənzədərək istifadə etmək istəməyiblər.

Bundan sonra Qoldman maraqlı marketinq üsuluna əl atıb. O, xüsusi aktyorlar tutaraq onları marketdə alış-veriş arabaları ilə gəzməyə göndərib. Digər müştərilər insanların bu arabalardan istifadə etdiyini gördükdən sonra yeniliyə münasibət dəyişib.

Nəticədə alış-veriş arabaları qısa müddətdə populyarlaşıb və market satışlarının artmasına şərait yaradıb.

Beləliklə, müştərilərin rahatlığı üçün düşünülən bu sadə ixtira həm də insanların daha çox məhsul almasına imkan verən mühüm marketinq vasitəsinə çevrilib./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki