Azərbaycan 2026-cı ilin yanvar-may aylarında Ermənistana 11,2 milyon dollar dəyərində mal tədarük edib.
Referans Media bildirir ki, Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası məlumat yayıb.
Azərbaycanın Gömrük Komitəsinin məlumatına istinad edən Ermənistan mətbuatı təkcə may ayında Azərbaycanın Ermənistana ixracının 1,6 milyon dollar təşkil etdiyini xəbər verib.
Bildirilir ki, bütün bu müddət ərzində Ermənistan Azərbaycana dolayı yolla 960 milyon dollarlıq mal ixrac edib. May ayında Ermənistandan Azərbaycana ixrac olmayıb.
