Azərbaycanda bank sədri vəzifədən azad olundu

“AccessBank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Referans Media  Ölkə.az-a istinadla xəbər verir ki, bankın Müşahidə Şurasının sədr və üzvləri vəzifələrindən azad olunublar.

Oleq İvaniyçuk şuranın sədri, Corc Rubli sədr müavini, Andrea Haqmann və Dariuş Katsprşik şuranın üzvü vəzifələrindən azad olunublar.

Dariuş Kasprşik vəzifəsindən “Bank Respublika” ASC-də Müşahidə Şurasının müstəqil üzvü olmaq üçün azad olunub. O, həmçinin “AccessBank” ASC-nin Audit Komitəsinin sədri vəzifəsindən azad olunub.


Antuan Hurpin isə Müşahidə Şurasına və Audit Komitəsinə müstəqil üzv təyin olunub. O, daha əvvəl “Bank Respublika” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü olub.

Hazırda “AccessBank”ın Müşahidə Şurasının müstəqil üzv vəzifəsində saxlanılan Fernando Molejon ilə birlikdə iki müstəqil üzvü var.

Bundan əlavə, Olqa Tomaş “AccessBank”ın Audit Komitəsinin üzvü vəzifəsindən azad olunub.

Xatırladaq ki, cari ilin sentyabrında “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100%-ni satın alması ilə bağlı strateji əqd təsdiqlənib.

Birləşmə xəbərindən sonra “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb.

Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.

“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki