Regionlarda yeni DOST mərkəzlərinin açılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq regional struktur bölmələrinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
Referans Media Plat.az-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə rəyində qeyd olunub.
Rəydə DOST Agentliyinin və DOST mərkəzlərinin saxlanılmasına çəkilən xərclərin DSMF-nin idarəetmə xərclərinə daxil edilməsinin məqsədəmüvafiq olduğu bildirilib.
Qeyd olunub ki, yeni DOST mərkəzlərinin açılması və DSMF-nin regional bölmələrinin bağlanması fonunda saxlanılma xərclərinin optimallaşdırılması məqsədilə müvafiq xərc istiqamətlərinin mərkəzləşdirilməsi vacibdir.
Hesablama Palatası bununla bağlı Fond tərəfindən müvafiq tədbirlərin görülməsini zəruri hesab edir.
