Azərbaycanda evlər bahalaşıb – RƏSMİbackend

Azərbaycanda evlər bahalaşıb – RƏSMİ

  Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb.

 

Referans.az   bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

 

Belə ki, 2025-ci ilin III rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 1,6 faiz bahalaşıb.

 

Bahalaşma ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,6 faiz təşkil edib.

 

Bununla yanaşı, 2025-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında qiymət indeksi 2024-cü ilin eyni dövrünə nisbətən 12,7% artıb.

 

Bu dövr ərzində bahalaşma ilkin mənzil bazarında 12,5%, təkrar mənzil bazarında isə 12,8% olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki