Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Azərbaycanda Müqəddəs Taxt-Tacın nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edilib.

Referans Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal Corc Ceykob Kuvakadla görüşdə bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki