Azərbaycanda evlərin qiyməti dəyişir? – AÇIQLAMA backend

Azərbaycanda evlərin qiyməti dəyişir? – AÇIQLAMA 

  Son günlər İranda baş verən müharibə və regional gərginlik fonunda Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı gözləntisi yaranıb.

Maraqlıdır, İranda baş verən gərginlik ölkəmizdəki daşınmaz əmlak bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı Sfera.az-a danışan daşınmaz əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, İranda baş verən müharibə səbəbindən Azərbaycanın daşınmaz əmlak bazarında ciddi qiymət artımının baş verəcəyini düşünənlər yanılırlar.

Onun sözlərinə görə, Azərbaycanın quru sərhədlərinin bağlı olması və üstəlik İranın da hazırda hava məkanını qapaması səbəbindən o ölkədən Azərbaycana insan axını mümkünsüzdür:

“Artıq çoxmənzilli binalarla bağlı tikintilərə start verilir və tikintilərin sayı artdıqca bazarda mütləq şəkildə bir rəqabət formalaşacaq. O baxımdan yaxın gələcəkdə qiymətlərin stabilləşməsi və hətta süni qiymət artımlarının da aradan qalxması qaçılmaz olacaq”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonuna olan məlumatına əsasən, tikinti sektorunda fəaliyyət göstərən müəssisələrin sayı artıb və paytaxtda çoxmənzilli yaşayış binalarının tikintisi əvvəlki illərlə müqayisədə 18% yüksəlib. Eyni zamanda, daşınmaz əmlak alqı-satqısı üzrə bağlanan rəsmi müqavilələrin sayında da son aylarda stabillik müşahidə olunur ki, bu da bazarda kəskin qiymət dəyişikliklərinin gözlənilmədiyini göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki