Azərbaycan Prezidenti Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.
Yeni dəyişikliklər bir tərəfdən beynəlxalq standart və prinsiplərə uyğun olaraq, o cümlədən Beynəlxalq Əmək Təşkilatının (BƏT) tövsiyələri nəzərə alınmaqla əmək hüquqlarının daha effektiv qorunmasına, işçi–işəgötürən münasibətlərinin tənzimlənməsinə və mövcud hüquqi bazanın beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir.
Referans Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti əmək məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib və dəyişikliklər artıq qüvvəyə minib.
Yeni dəyişikliklərə əsasən, Azərbaycanda minimum əmək haqqına ildə ən azı bir dəfə baxılacaq və il ərzində onun artırılması təmin ediləcək. Bu, həm minimum əmək haqqının artımını, həm də vahid tarif cədvəlinə uyğun əmək haqqı alan vəzifə maaşlarının yüksəlməsini mümkün edəcək.
Vüqar Bayramov qeyd edib ki, minimum əmək haqqının artırılması həm dövlət, həm də özəl sektorda əmək haqqı artımına səbəb olacaq.
Gülnaz Abdullazadə
