Azərbaycanın Kanadadakı səfirliyinin konsulluq bölməsi 5 gün fəaliyyət göstərməyəcək

Azərbaycanın Kanadadakı səfirliyi vətəndaşlara müraciət edib.

Referans Media xəbər verir ki, müraciət Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkə hesabında yayılıb.

“28 May – Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı Səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək”, – müraciətdə bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki