Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya QALİB GƏLDİ

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Referans Media xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 74:71.

Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki