Elvin Cəfərquliyev zədələndi - VİDEO

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

Referans Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) ilə keçirilən oyunun 75-ci dəqiqəsində zədələnib.

Rəqiblə mübarizə zamanı yerə yıxılan və ayağından zərbə alan Cəfərquliyev görüşü davam etdirə bilməyib. Onu Bruno Lanqa əvəzləyib.

Qeyd edək ki, “Dinamo” (Kiyev) – “Qarabağ” qarşılaşması rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki