İspaniyanın “Leqanes” klubu Əlcəzair millisinin qapıçısı Luka Zidanı transfer etdiyini açıqlayıb.
Referans Media xəbər verir ki, bu gün, 7 avqustda Zidan “Leqanes” ilə 1+1 şərti ilə müqavilə imzalayıb.
Daha əvvəl Luka İspaniyanın “Qranada” klubu ilə müqaviləsini ləğv etdikdən sonra azad agent statusu almışdı. 28 yaşlı Luka Zidan əfsanəvi fransız futbolçusu və məşqçisi Zinəddin Zidanın oğludur. Qapıçı Əlcəzair millisində 10 oyun keçirib.
Qeyd edək ki, “Leqanes” ötən mövsüm İspaniya Sequndasında 16-cı yeri tutub.
