Azərbaycan və Monteneqro arasında 2026-cı il üçün birbaşa çarter uçuşları təşkil edilə bilər.
Referans Media xəbər verir ki, bu barədə Azərbaycanın Monteneqrodakı fəxri konsulu Vüqar Əliyev “X” hesabında bildirib.
O, bu gün Monteneqronun turizm naziri Simonida Kordiç ilə məhsuldar görüş keçirdiyini bildirib.
Görüş zamanı Azərbaycan–Monteneqro turizm əlaqələrinin gücləndirilməsi və 2026-cı il üçün birbaşa çarter uçuşlarının təşkili məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycan və Monteneqro arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və uğurlu nəticələr verəcəyinə əminlik ifadə olunub.























