Azərbaycanlı Dağıstanda dəhşətli qəza törətdi – 4 ölü backend

Azərbaycanlı Dağıstanda dəhşətli qəza törətdi – 4 ölü 

Dağıstanın Dərbənd şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəzada iştirak edən avtomobillərdən biri Azərbaycan vətəndaşına məxsus olub.

Azərbaycanlı sürücünün idarə etdiyi 10 ZX 285 dövlət nömrə nişanlı yük maşını işıqforun qırmızı işığında dayanan “Volvo” markalı avtomobilə arxadan çırpılıb.

“Volvo” markalı avtomobilin önündə də başqa bir yük maşını olub. İki yük maşınının arasında qalan “Volvo” markalı avtomobildə olan 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Şahidlərin məlumatına görə, “Volvo” markalı avtomobildə olanlardan üçü milliyyətcə erməni olub.

Qəzanın baş vermə səbəbi kimi ilkin ehtimal yük maşınının sürücüsünün sükan arxasında yuxulaması göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki