Azərbaycanlılar Gürcüstandan deportasiya edildi

Gürcüstan 113 xarici vətəndaşı ölkədən çıxarıb.
Referans Media  xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə görülən tədbirlər nəticəsində 113 xarici vətəndaşı Gürcüstandan deportasiya edib.
Məlumata görə, deportasiya edilən xaricilər arasında Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Ermənistan, Çin, Keniya, Kuba, Özbəkistan, Qazaxıstan, Misir, Efiopiya, İordaniya, Nepal, Nigeriya, Pakistan, Tayland və digər ölkələrin vətəndaşları var.
Çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki