Afaq arıqlayıb "iynəyə sap" oldu - VİDEO

Aparıcı Afaq Gəncəli yeni görüntüsü ilə diqqət çəkib.

Aparıcının xeyli çəki atması diqqətdən yayınmayıb. Afaq yeni görünüşünü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

O, paylaşımında tünd qırmızı rəngli, dekolteli və ayaq hissəsində yarığı olan libasdan istifadə edib. Aparıcının dəyişən görünüşü izləyicilərinin diqqətindən yayınmayıb.

Qeyd edək ki, Afaq bir müddət əvvəl plastik əməliyyat etdirdiyini, eyni zamanda sağlam qidalanma ilə çəkisinin 50 kiloqrama düşdüyünü açıqlamışdı. /Axşam.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki