Yeni isti hava dalğasının təsiri altına düşən Fransada 43 vilayətdə xəbərdarlıq səviyyəsi “narıncı” olaraq müəyyən edilib.
Referans Media xəbər verir ki, Fransanın meteorologiya xidməti “Meteo-France” ölkə ərazisində yeni isti hava dalğasının təsirini göstərməyə başladığını açıqlayıb.
Qurum isti hava ilə bağlı xəbərdarlıq edərək, dünən 21 olan “narıncı” xəbərdarlıq elan edilən vilayətlərin sayının bu gün 43-ə yüksəldiyini bildirib.
Ölkə üzrə ən aşağı temperaturun 20 dərəcə olacağı, xüsusilə Fransanın qərbi və cənub-qərbində temperaturun 36-38 dərəcəyə çatacağı bildirilib.
Rekord temperaturun qeydə alındığı Fransada bu il tarixdə ən isti iyul ayı yaşanıb. İyunun sonu və iyulun əvvəlində müşahidə olunan isti hava dalğası zamanı əvvəlki illərlə müqayisədə ölüm hallarının sayı 36 faiz artıb və 5 767 əlavə ölüm qeydə alınıb.
İsti hava və quraqlığın yanğın riskini artırması nəticəsində bu il ölkə üzrə 117 min hektar ərazi yanıb.
