Bu ölkədə ölüm hökmü ləğv edildi - Tarixdə ilk dəfə

Livan parlamentində ölkə üzrə ölüm hökmünün ləğv edilməsi ilə bağlı mühüm qərar qəbul olunub.


Referans Media xəbər verir ki, bu addım sayəsində Livan ərəb dünyasında ölüm cəzasını ləğv edən ilk ölkə statusunu qazanıb.

Bildirilib ki, parlamentdə təmsil olunan “Hizbullah” bloku istisna olmaqla, digər deputatların mutləq əksəriyyəti sözügedən qərarın lehinə səs verib.

Qəbul olunan dəyişikliyə əsasən, ölkədə mövcud olan ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası ilə əvəzlənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki