Türkiyədə hava qəfil dəyişdi: Sentyabr ayında qar yağdı - VİDEO

Türkiyənin Rizə vilayətində payızın ilk günlərində qar yağıb. Çamlıhemşin rayonunun yüksək dağlıq ərazilərində yağan qar Kaçkar və Altıparmak dağlarının zirvələrini ağ örpəyə bürüyüb.

Referans Media xəbər verir ki, sentyabr ayında yağan qar bölgədə qış mənzərəsi yaradıb. Yaşıllığın üstünlük təşkil etdiyi yaylalarda ağ örtüyün yaranması əraziyə fərqli görünüş verib.

Yüksəklik artdıqca havanın temperaturunun aşağı düşməsi qar yağışının daha da intensivləşməsinə səbəb olub. Bəzi yüksək ərazilərdə temperaturun mənfi göstəricilərə düşdüyü bildirilib.

Yaylada olan Ali Kuyumcu qəfil başlayan qar yağışını mobil telefonunun kamerası ilə görüntüləyib.

Bölgəyə səfər edən sakinlər və təbiət həvəskarları qarla örtülmüş dağların görüntülərini maraqla izləyiblər.

Payızın ilk ayında yağan qar Qaçqar dağlarının ilin bütün fəsillərində fərqli təbiət mənzərələri təqdim etdiyini bir daha göstərib.

Qaçqar və Altıparmak dağlarının yüksək hissələrində qar örtüyünün yaranması bölgədə qışın ilk əlamətlərinin artıq özünü göstərdiyini ortaya qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki