BAE-də qaz zavodunda fəaliyyət dayandırıldı – raket hücumu səbəbi ilə

Birləşmiş Ərəb Əmirliklərində Habşan Təbii Qaz Zavodu və Bab neft yatağına yönələn raket hücumlarının qarşısı alınıb. Rəsmi açıqlamaya görə, raketlər məhv edilsə də, düşən qəlpələr səbəbindən qaz zavodunda fəaliyyət müvəqqəti dayandırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, İran ilə ABŞ və İsrail arasında gərginlik fonunda bölgədə qarşılıqlı hücumlar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki