Bakıda məktəbdə şagirdin digər məktəbliləri döyməsi ilə bağlı görüntülər yayılıb.
Referans Media xəbər verir ki, hadisə 271 saylı məktəbdə baş verib.
Yayılan kadrlarda Natiq adlı şagird digər məktəblilərə fiziki təzyiq göstərir. Məlumata görə, o, gün ərzində də digər şagirdləri ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyur. Həmin görüntüləri də lentə alaraq sosial şəbəkə hesabında paylaşır.
Görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və valideynlər arasında narahatlıq yaradıb.
Baş verən hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdərəsinə sorğu göndərilib.
