Bakıda həyat yoldaşını və özünü öldürən kişi həbsdən yeni çıxıbmış.
Referans Media bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Coşqun Nurəddin oğlu Bağırov bir müddət həbsdə olub.
Həbsə düşərkən yaşadıqları evi satıblar və həyat yoldaşı Nübar Bağırova iki övladı ilə birlikdə kirayədə yaşayıb. İki il əvvəl isə onlar Nübarın anasının evinə köçüblər.
15 gün əvvəl Coşqun həbsxanadan çıxıb, Nübarın anasının razılığı ilə onun evinə gəlib və ailəsi ilə birlikdə yaşayıblar. Nübarın anası isə evi onlara verərək Moskvaya köçüb. Hadisə baş verəndən bir gün qabaq Coşqun iki övladını qohumlarından birinin evinə göndərib. Hadisə vaxtı evdə Coşqun və Nübar ikisi olublar. Qətl hadisəsi də həmin vaxt baş verib.
***
Bakıda qətl hadisəsi olub.
Referans Media xəbər verir ki , hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
41 yaşlı Bağırov Coşqun Nurəddin oğlu yaşadıqları evdə əvvəlcə həyat yoldaşını, sonra özünü öldürüb.
Hadisənin hansı səbəbdən baş verməsi və digər motivlər bəlli deyil.
Faktla bağlı araşdırma aparılır./Lent.az
