Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək

Sabah Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək.

Bu barədə Referans Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, növbəti həftə ərzində Bakıda və Abşeron yarımadasında xəzri küləyi əsəcək, maksimal temperaturun 32-35 dərəcə isti olacağı gözlənilir.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını xatırladıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki