İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 26-sı rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Referans Media xəbər verir ki, Əraqçi bu barədə Teleqram kanalında məlumat yayıb.
Tərəflər dünyada və regionda baş verən son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, bir qədər əvvəl Ukraynanın Xəzərdə İran gəmisini vurduğu iddia edilib. Hadisə zamanı bir nəfər həlak olub. İran rəsmiləri Ukraynanı cavab zərbəsi ilə hədələyib./Globalinfo.az
