İsrailin Baş naziri Benyamin Netanyahu İranı mümkün hərbi hücumun nəticələri ilə bağlı xəbərdar edib.
Referans Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Netanyahu bildirib ki, İran istər birbaşa, istərsə də proksi qüvvələri vasitəsilə ballistik raket və ya pilotsuz uçuş aparatları ilə İsrailə zərbə endirməyə cəhd etsə, bunun ağır nəticələri olacaq.
Onun sözlərinə görə, belə bir addım Tehran üçün böyük strateji səhv olar və İsrail buna əvvəlkindən daha sərt cavab verəcək.
“Əgər İran birbaşa və ya proksi qüvvələri vasitəsilə İsrailə hücum etsə, bu, onların ən böyük səhvi olacaq. İsrailin cavabı isə çox daha şiddətli olacaq”, – deyə Netanyahu vurğulayıb./Globalinfo.az
