İdmançılarımız beynəlxalq triatlon yarışında qızıl medal qazandılar

Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışına qatılıblar.

Bu barədə Referans Media-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

"Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında gənc idmançılarımızdan Əli Rzazadə qızıl, Riad Abbaszadə isə bürünc medal qazanıblar", - nazirlikdən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki