İran Pakistan rəsmilərinə ABŞ ilə danışıqlardan çıxmadığını, yalnız onları dayandırdığını bildirib və imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Referans Media xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalın məlumat yayıb.
Tehran məsləhətləşmələrin dayandırıldığı mərhələdən bərpa olunmasında təkid edir. İran hakimiyyəti Cenevrə, Doha və ya İslamabadda yeni danışıqlar raundları keçirməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda, onlar müzakirələrin dəqiq ardıcıllığını müəyyənləşdiriblər: əvvəlcə Hörmüz boğazında gəmiçilik məsələləri, daha sonra dondurulmuş aktivlərin blokdan çıxarılması və yalnız bundan sonra nüvə proqramı.
Həmçinin İran Pakistan tərəfinə Hörmüz boğazında yeni dəhliz yaratmaqdan imtina etdiyini bildirib.
Son məlumatlara görə, Amerika lideri hava hücumundan müdafiə sistemləri üçün raketlərin və digər sursatların tükənən ehtiyatları ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı hərbi əməliyyatı genişləndirməmək qərarına gəlib. Bununla yanaşı, İran hərbçiləri ABŞ tərəfindən hücumlar güclənəcəyi təqdirdə Bab əl-Məndəb boğazı və Qırmızı dəniz vasitəsilə hərəkəti bloklayacaqları barədə xəbərdarlıq ediblər.//Publika.az
