Çexiya Prezidenti Petr Pavel bu həftə sonu Hunqarorinqdə keçirilən Macarıstan Qran Prisində iştirak edir.
Referans Media xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Lakin Pavel Macarıstan Qran Prisinə fəxri qonaq kimi qatılmayıb, o, tədbirdə fotoqraf kimi çalışır. Fotoqrafiya onun hobbisidir və siyasətçi həm də avtoidmanın böyük fanatıdır.
Bu, Pavelin bu cür ilk təcrübəsi deyil. O, əvvəllər MotoG , 24 saatlıq Le Man və Dakar rallisində fotoqraf kimi çalışıb.
