Bakıda dəhşətli qətl - Qardaşını bıçaqlayıb öldürdü

Bakıda qətl hadisəsi baş verib.

Referans Media Lent.az-a istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hikmət Qulamzadə yaşadığı evdə münaqişə zəminində qardaşı, 1995-ci il təvəllüdlü Aqili bıçaqlayaraq qətlə yetirib.

H.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki