backend

Bakıda sərnişin avtobusu ağır qəza etdi – Ölənlər və yaralananlar var

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.

Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.

İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki