Bakıda taksi sürücüsü qəribə hadisə ilə üzləşib.
Referans Media oxu24.az xəbər verir ki,sürücü ünvana gedərkən müştəri ilanla avtomobilə minmək istəyib.
Nəhəng ilanı görən sürücü müştərini qəbul etməkdən imtina edib.
"Xanım sürücü 2 metr uzunluğunda ilanla maşına minmək istəyirdi.Ona bildirdim ki,bu avtomobil ilan daşımaq üçün deyil.Sərnişinə ilanı yük yerinə qoymağı təklif etsəm də,o imtina etdi.Daha sonra məndən AYNA-ya şikayət etdi.Onun haqsız şikayətinə görə profilim bloklandı",-deyə sürücü bildirib.
Ətraflı video məlumatı təqdim edirik:
