Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan “butulka” davasına aydınlıq gətirilib.

Referans Media bildirir ki, meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib.

“Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhər sosial şəbəkələrdə gördüm. Orada butulka görən var? Həmin məclisdə dava olmayıb, kimsə kiməsə butulka atmayıb. Atılan butulka deyil", deyə Ramin bildirib.

Qeyd edək ki, məclislərdən birində meyxanaçılar arasında dava düşdüyü bildirilib. Sözlü mübahisə zamanı meyxanaçı Balaəlinin Xosrov Maştağalıya (Kərimov) butulka atdığı iddia olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki