Külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Referans Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən N.Şəmşirov verilmiş ittihamla təqsirli bilinib. Ona 6 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, Nahid Şəmşirov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur./“Qafqazinfo”/
