Bakının İrəvana təhvil verdiyi Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan Ermənistanda xəstəxanaya yerləşdiriliblər.
Bu barədə erməni KİV yazıb.
Məlumata görə, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekyan, Muratsan Hərbi Xəstəxanasına, Vaqif Xaçatryan isə Nork-Maraş Xəstəxanasına köçürülüblər.
V.Xaçatryan xroniki xəstəliyi ilə bağlı müayinədən keçirilib. Həkimlər onun sonrakı müalicəsi ilə bağlı qərar verəcəklər.//globalinfo.az























