Türkiyəli Prof. Dr. Sərvət Altay barmaq və dırnaqlarda dəyişikliklərin
bir çox xəstəliklərin əlaməti olduğunu bildirib.
Prof. Dr. Altay həkimlərin fiziki müayinə ilə bir çox xəstəliyin
ilkin diaqnozunu qoya biləcəyini də qeyd edib.
Bəzi xəstəliklərin qabaqcıl müayinə və görüntüləmə testlərinə
ehtiyac olmadan təsbit edilə biləcəyini vurğulayan Altay, “Ələ, barmaqlara
və dırnaqlara baxaraq bəzi xəstəliklərdən şübhələ bilərik. Əllərində,
barmaqlarında və dırnaqlarında dəyişiklik görənlər həkimə müraciət etməlidirlər”
– deyib.
Altay şəxslərə barmaq və dırnaqlarındakı dəyişiklikləri diqqətlə
müşahidə etməyi tövsiyə edib.
Cəmiyyətdə rast gəlinən bir çox xəstəliyin, xüsusilə, barmaq
və dırnaqlarda dəyişikliklərlə özünü göstərdiyini izah edən Altay fikirlərinə
bunları da əlavə edib:
“Əgər dırnaqda ağ hissəciklər varsa, bu, qaraciyər
sirrozu kimi bir xəstəliyin əlaməti ola bilər. Barmaqlarda və dırnaqlarda
sıyrıqlar varsa, bu, qan azlığının əlaməti ola bilər. Barmaqda ləkələr varsa,
bu, qaraciyərin sirrozu və revmatik xəstəliklər kimi bir xəstəliklərin
simptonları hesab oluna bilər. Əgər barmaqda göyərmə müşahidə edirsinizsəz, qan
xəstəlikləri və ürək çatışmazlığı ağla gəlməlidir. Həmçinin müxtəlif formada
barmaq deformasiyaları KOAH kimi xəstəliklərin əlamətidir. Dırnaqda cizgilər
gördükdə isə ağlımıza revmatik xəstəliklər gəlməlidir. Buna görə də əllərinizə
baxarkən onları daha diqqətlə müşahidə etməlisiniz”.
Professor Altay barmaq və dırnaqlarda baş verən dəyişikliklərin
əhəmiyyətini vurğulayaraq, “Barmaqlar və dırnaqlar insan bədəninin
güzgüsüdür. Onlara baxanda bir çox xəstəliklər görə bilərik” – deyib.