Bəhreyn ABŞ–İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəsdən sonra 40 gündür bağlı olan hava məkanını yenidən uçuşlara açdığını açıqlayıb.
Bəhreyn mətbuatının yaydığı məlumata görə, Nəqliyyat və Telekommunikasiya Nazirliyinə bağlı Mülki Aviasiya İşləri İdarəsi ölkənin müvəqqəti bağlanan hava məkanının yenidən açıldığını bildirib. Açıqlamada qeyd olunub ki, bu qərar bölgədə baş verən hadisələr fonunda görülən tədbirlərin başa çatması ilə əlaqədar qəbul edilib.
Həmçinin vurğulanıb ki, hava nəqliyyatı ən yüksək təhlükəsizlik və uçuş standartlarına uyğun şəkildə davam etdiriləcək.



















