Çində 5,3 maqnitudalı zəlzələ baş verib

Çinin şimal-qərbində yerləşən Çinghay əyalətində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çinghay əyalətinin Yüşu Tibet Muxtar Vilayətində yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra bölgəyə ilkin yardım və axtarış-xilasetmə qrupları cəlb olunub, ərazidə araşdırmalara başlanılıb.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya yaralananlar, eləcə də maddi ziyan barədə məlumat verilməyib.

Səlahiyyətli qurumlar əhalini mümkün afterşoklara qarşı diqqətli olmağa çağırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki