Bermud üçbucağı ilə bağlı elmi izah…backend

Bermud üçbucağı ilə bağlı elmi izah…

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninə elmi izah təqdim edib. 

Referans  lent.az-a istinadən xəbər verir ki, onun məlumatına görə, bu bölgədə gəmilərin və təyyarələrin itkin düşmə halları digər okeanlardakı orta statistik göstəriciləri aşmır. Bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Alim etiraf edir ki, Florida, Bermud adaları və Puerto-Riko ilə hüdudlanan ərazidə həqiqətən də tez-tez qəzalar baş verir. Lakin bu, mistik səbəblərlə deyil, həmin zonada hərəkətin yüksək intensivliyi və mürəkkəb naviqasiya şəraiti ilə bağlıdır.

Ən məşhur hadisə — 1945-ci ildə beş Amerika bombardmançısının itkin düşməsi də statistik anomaliya deyil, deyə tədqiqatçı bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki