Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub.
Referans Media-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə yanaşı, 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.
Əldə etdiyimiz digər məlumata görə isə Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir.
Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt şəhər məhkəməsi seçib.
***
saat 13:49
Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, 66 yaşlı B.Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
