"Fənərbağça" Serjio Konseysau ilə anlaşa bilmədi

Yeni baş məşqçi axtarışlarını davam etdirən "Fənərbağça"da gözlənilməz bir şey yaşanıb.

Referans Media xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı mütəxəssis Serjio Konseysau ilə apardığı danışıqlarda anlaşılmazlıq yaranıb.

Tərəflər arasında müqavilənin bəzi bəndlərində razılıq əldə olunmadığı üçün danışıqlar dayandırılıb.

Bundan sonra rəhbərlik alternativ variantlara yönəlib. "Sarı-lacivərdlilər"in gündəminə gətirdiyi əsas namizədlərdən biri komandanın keçmiş futbolçusu və baş məşqçisi Emre Belözoğludur./Offsideplus.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki