Masallıda 15 yaşlı qız qaçırılıb? - Atası DANIŞDI

Masallı rayonundan olan 15 yaşlı Səma Mirverdiyeva Ramiz qızının qaçırıldığı iddia edilir.

Qızın atası Ramiz Mirverdiyevin sözlərinə görə, hadisə sentyabrın 7-də baş verib. Onun iddiasına əsasən, qızı rəfiqəsinin yanına gedib və orada rəfiqəsinin qardaşı, 19 yaşlı Asəf İlham oğlu tərəfindən qaçırılıb. Qızın 8 Noyabr prospektinə aparıldığı təxmin edilir.

Ata qeyd edib ki, bir aydır qızından xəbər ala bilmir. O, həmçinin Faiqmə İlham qızının yanına getdikdən sonra Səma ilə əlaqənin kəsildiyini bildirib.

Hadisə ilə bağlı polisə məlumat verilib./milli.az/



Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki