Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib.
Referans Media-ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində baş verib.
53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb.
Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır./Lent.az/
