Bəxtiyar Ərsayın Türkiyədə ordu generalı təyin edilməsinin səbəbi dir? O, Azərbaycandan niyə getdi?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan türkiyəli hərbi ekspert Abdulla Ağar deyib ki, Türkiyə-Azərbaycanın qardaşlığı davam etdiyi müddətdə iki ölkənin silahlı qüvvələrinin birgə missiyası da davam edəcək:
“Xidmət şəxslərlə məhdud deyil, yəni bir sistem var və burada davamlılıq əsasdır. Başqa sözlə, yeni təyin olunan şəxs əvvəlkindən daha yüksək səviyyədə işləri davam etdirməyə çalışacaq. Təbii ki, Bəxtiyar paşanın göstərdiyi yüksək səviyyəli xidmət heç vaxt unudulmayacaq. Bilinən və bilinməyən tərəfləri ilə Bəxtiyar paşa həm Azərbaycan, həm də Türkiyə üçün böyük xidmətlər göstərdi və qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. Bütün bunları tarix yazacaq və bir gün hamı bu xidmətləri tam olaraq qiymətləndirəcək. Hər birimiz Bəxtiyar paşaya dərin minnətdarlıq duyur və onunla fəxr edirik”.
A.Ağar onu da bildirib ki, Bəxtiyar paşa uzun müddət çətin siyasi proseslərin içində xidmət göstərib:
“Türkiyə Cümhuriyyəti və ordusu Azərbaycanın kritik dönəmdən keçdiyi Qarabağ müharibəsinin öncəsindən başlayaraq, bu günə qədər regionda həm mənəvi, həm də fiziki varlığını təsdiq edən mühüm bir vəzifəni uğurla yerinə yetirdi. İndi isə bu vəzifəni davam etdirəcək şəxsin də eyni səylə və məsuliyyətlə bu tapşırığın öhdəsindən gələcəyinə inamımız tamdır.
Bəxtiyar paşa və Azərbaycana könül vermiş hər bir türk əsgəri harada olmasından asılı olmayaraq, Azərbaycanımıza, birliyimizə, qardaşlığımıza, ortaq gələcəyimizə və baxışımıza xidmət etməyə davam edəcək”.
Politoloq Zeynal Əmrəliyev isə deyib ki, Bəxtiyar paşanın son təyinatı Türkiyə ordusunun rəhbərliyinə yüksələcəyinin göstəricisidir:
Qeyd edək ki, avqustun 5-də Bəxtiyar Ərsaya ordu generalı rütbəsi verilib. O, bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi işə başlayıb. 2022-ci ildə isə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.
