Beynəlxalq televiziya kanalı Şuşadan süjet hazırladı – VİDEO

  “AnewZ” beynəlxalq televiziya kanalı Şuşa şəhəri haqqında süjet yayımlayıb.

Referans xəbər verir ki, süjetdə Şuşa şəhəri, onun mədəniyyət paytaxtı seçilməsi haqqında məlumatlar yer alıb.

“Böyük mədəniyyət paytaxtlarından birinin canlı irsi – Şuşa, Azərbaycan” adlı videomaterialda qeyd edilib ki, “Azərbaycan musiqisinin beşiyi” və “Qafqazda incəsənət məbədi” kimi tanınan Şuşa haqlı olaraq Azərbaycanın Mədəniyyət Paytaxtı kimi bərpa edilib.

Şuşa dünya miqyasında Türk Dünyasının (2023) və İslam dünyasının (2024) Mədəniyyət Paytaxtı elan edilib.

Bu sujetdə 2025-ci il Xarıbülbül Musiqi Festivalı, Bülbülün Ev Muzeyinə, yeni açılmış Üzeyir Hacıbəyli Muzeyinə baxış və deputat Polad Bülbüloğlu, maestro Fərhad Bədəlbəyli, Yusif Eyvazovla eksklüziv müsahibələr və çıxışlar təqdim olunub.

Videosüjeti təqdim edirik:  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki