Bir videoya hər şey dəyişdi: Qarğıdalı satıcısı dünya trendindədir – VİDEO

İstanbulda qarğıdalı satışı ilə məşğul olan Alper Temel, sosial mediada yayılan görüntülərdən sonra qısa müddətdə böyük populyarlıq qazanaraq fenomenə çevrilib.

Referans Media xəbər verir ki, gəncin iş başında turistlər tərəfindən çəkilən videoları sosial şəbəkələrdə sürətlə yayılıb və milyonlarla baxış toplayıb. Bu paylaşımlardan sonra o, “yaraşıqlı qarğıdalı satıcısı” kimi tanınmağa başlayıb.

Alper Temelin şöhrəti təkcə Türkiyə ilə məhdudlaşmayıb. Onu görmək üçün Rusiya, İspaniya və Rumıniya kimi ölkələrdən turistlərin Karaköyə gəldiyi bildirilir. Bu marağın sosial şəbəkələrdə viral videolarla daha da artdığı qeyd olunur.

Məlumata görə, Temel sonradan “TikTok” sosial şəbəkə platformasında canlı yayımlar açmağa başlayıb və qısa zamanda geniş auditoriyaya çatıb. İddialara əsasən, yayımlar zamanı istifadəçilərin göndərdiyi virtual hədiyyələr nəticəsində bir canlı yayımda təxminən 1 milyon TL qazanc əldə edildiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan videoların ardından Karaköy bölgəsinə gələn turist sayında artım müşahidə olunub. Bəzi ziyarətçilərin yalnız onu görmək üçün bölgəyə gəldiyi iddia edilir.

Hazırda Alper Temelin sosial mediada populyarlığı artmaqda davam edir və onun qısa zamanda “küçə satıcısından internet fenomeninə” çevrilməsi geniş müzakirə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki