Bölgədə böyük təhkükə: Gizli hazırlıqlar başlayıb – Türkiyə açıqladıbackend

Bölgədə böyük təhkükə: Gizli hazırlıqlar başlayıb – Türkiyə açıqladı

  Son günlər dağlıq ərazilərdə qeyri-adi hərəkətlər müşahidə olunur. Bu, bölgədə yeni və daha böyük təhlükənin formalaşdığını göstərir.

Bu sözləri təhlükəsizlik və terrorla mübarizə üzrə ekspert Abdullah Ağar “Sözcü TV”-də deyib.

O, bölgədə narahatedici hərbi-siyasi hərəkətlilik barədə xəbərdarlıq edib.

Ağar bildirib ki, əldə olunan məlumatlara əsasən, təxminən 5 min PKK üzvü İraqdan Suriya istiqamətinə keçib. Bu prosesin təsadüfi olmadığı və terror təşkilatının regionda yeni mövqelər əldə etməyə çalışdığı vurğulanır.

Ekspert qeyd edib ki, YPG/PKK qüvvələri Fərat çayının şərqindən çıxaraq, daha çox ərəb ərazilərinə yönəlir. Bu isə təkcə sərhəd təhlükəsizliyi deyil, həm də Suriyada terror təşkilatının siyasi və coğrafi təsir imkanlarını artırmaq cəhdidir.

“Burada silahların buraxılması görüntüdür. Əsas məsələ təşkilatın tam şəkildə ləğv edilməsidir. Hazırda bölgədə PKK-nın özünü qorumaq və yenidən təşkilatlanmaq istiqamətində ciddi cəhdləri var”, – deyə Ağar əlavə edib.

O, artıq ciddi təhlükə siqnallarının göründüyü və müvafiq qurumların bu prosesi yaxından izləməli olduğu ilə bağlı xəbərdarlıq edib.
//Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki