ABŞ prezidenti Donald Trampın Qrenlandiya böhranı ilə bağlı səkkiz Avropa ölkəsinə rüsum tətbiq etmək barədə açıqlamasından sonra bazar günü Brüsseldə Avropa Birliyi səfirlərinin təcili iclası təyin edilib.
Referans Media xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu cür görüşlərdə səfirlər adətən AB Şurasının nazirlər səviyyəsində keçirilən sonrakı iclaslarında müzakirə üçün praktik tədbirlər hazırlayırlar.























