İtaliyanın İrandakı səfirliyi iyunun 19-dan etibarən Tehranda fəaliyyətini yenidən bərpa edib.
Referans Media xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, İran ərazisində hərbi toqquşmaların başlamasından sonra martın 5-də İtaliyanın Tehrandakı səfirliyinin 53 nəfərlik əməkdaşı mərhələli şəkildə Azərbaycan üzərindən ölkədən təxliyə edilib.
Martın 6-da İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Tehrandakı səfirliyin müvəqqəti bağlandığını, diplomatik missiyanın fəaliyyətini isə Bakıdan davam etdirəcəyini bildirib.
Qeyd olunur ki, İran və ABŞ arasında hərbi münaqişənin başa çatdırılmasını nəzərdə tutan sazişin imzalanmasından sonra İrandakı bir sıra xarici ölkə səfirlikləri də fəaliyyətlərini yenidən bərpa etməyə başlayıblar.
